Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə tibb məntəqəsində qeydə alınan münaqişənin görüntüləri ilə bağlı məlumat yayıb.

Görüntülərlə bağlı nazirliyin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Tezadlar.az-a bildirib ki, vətəndaş R.Nəbizadənin Vətən müharibəsi qazisi N.Babayevi vuraraq xəsarət yetirməsi ilə bağlı polis orqanında araşdırma aparılır. N.Babayevin xəsarətlərinin dərəcəsini müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertizanın rəyi alınıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma) və 221 (Xuliqanlıq) maddələri ilə cinayət işi açılıb.

Araşdırmalar davam etdirilir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN