Bakıda Xaqani küçəsi 45 A ünvanında asılan LGBT (Lezbiyan, Gey, Biseksual və Transgender) bayrağı diqqət çəkib.

TEZADLAR.AZ axşam.az-a istinadən xəbər verir ki, bayraq bu gün səhər qeyd olunan məkanda, Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin binası qarşısına asılıb.

Xatırladaq ki, 17 may tarixi Homofobiya və Transfobiya ilə Beynəlxalq Mübarizə Günü kimi qeyd edilir.

***

Qeyd edək ki, artıq bir çox ölkələrdə eynicinslilərin evliliyi qanuniləşib. Bunların sırasında Argentina, Avstraliya, Avstriya, BelçikaŞ Braziliya, Kanada, Çili, Kolumbiya , Kos0Rika, Danimarka, Ekvador, Finlandiya, Fransa, Almaniya, İslandiya, İrlandiya, Lüksemburq, Malta, Meksika, Niderland, Yeni Zeblandiya, Norveç, Portuqaliya, Sloveniya, Cənubi Afrika, İspaniya, İsveç, İsveçrə, Tayvan, Birləşmiş Krallıq, ABŞ, Uruqvay da var. Və belə getsə siyahı artmaqda davam edəcək...

Hətta bu yaxınlarda Katolik kilsəsinin rəhbəri də LGBT-ni dəstəklədi.

Pontifikə görə, eynicinsli münasibətlər günah olsa da, bir-birinə mərhəmət göstərməmək daha böyük günahdır. Papa Fransisk açıq şəkildə LGBT icmasını dəstəkləyib və eynicinsli münasibətləri cinayət hesab edən qanunları tənqid edib.

Ona görə də ölkəmiz üçün yad olan və əxlaqa sığmayan, qəbulolunmaz olan bu tip faktları gördükdə təəccüblənməyə dəyməz...

 

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN