İsveçrə səfirliyi İranda baş verənlərlə bağlı etirazını bildirdi və…
İsveçrə səfiri səfirliyin Tvitter səhifəsində yayımlanan səs yazısından sonra İran Xarici İşlər Nazirliyinə çağırılıb. Nazirlik diplomata baş verənlərlə bağlı narazılığını bildirib.
İran mediasının xəbərinə görə, Nadine Lozano İslam Respublikasının daxili işlərinə qarışdığına və sosial şəbəkədə ölkənin təhrif olunmuş bayrağı ilə şəklini dərc etdiyinə görə İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Diplomata baş verənlərdən narazılıq bildirilib, həmçinin İsveçrə tərəfinin bu cür hərəkətlərinin iki ölkənin dostluq münasibətlərinə uyğun gəlmədiyi vurğulanıb.
Qeyd edək ki, cümə günü, mayın 19-da səfirliyin səhifəsində etirazlar zamanı qanunsuz hərəkətlərdə ittiham olunan üç nəfərin edam edilməsini pisləyən səs yayılıb.
“2022-ci ilin sentyabrında Məhsa Əmininin ölümündən sonra bu gün səhər saatlarında baş verən etiraz aksiyaları ilə əlaqədar 3 nəfərin edam edilməsini şiddətlə qınayırıq. İsveçrə İranı bu cür edamları dayandırmağa və ölüm hökmünün tətbiqini azaltmaq üçün addımlar atmağa çağırır”, - deyə səs yazısında bildirilib.
Səs yazısı fars rəmzi olan qılınclı şiri təsvir edən yaşıl-ağ-qırmızı rəngli kətan təsvir edilmiş fotoşəkillə müşayiət olunub.
Bu bayraqdan etirazçılar və İran müxalifəti istifadə edib.
İranın rəsmi bayrağında “Allah” sözünün xəttatlıq yazısı var, orada 22 dəfə “Allah böyükdür” ifadəsi də yazılıb.
Qeyd edək ki, Fars rejimi Məhsa Əminin baş örtüsünə görə öldrülməsindən sonra İrandakı etirazları edamların sayını artıraraq susdurmaq istəyir. Çoxlu sayda insan bu etirazlardan sonra həbs edilib və edilməkdədir. Neçə-neçə gənc edama məhkum olunub, ailələri gözüyaşlı qalıb. Artıq ölkədə baş verənlərə İran xalqı səssiz qalmaq istəmir və öz azadlıqlarını tələb edirlər.
Xatırladaq ki, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumu həyata keçirildi. “Kalaşnikov” markalı avtomatla silahlanan şəxs mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirdi. Terrorçu səfirliyin əməkdaşları tərəfindən saxlanılıb İran tərəfinə təhvil verildi. Hadisə zamanı səfirliyimizi qorumalı olan İran polisi seyirçi mövqe tutmuş, səfirlik qorunmamış və baş verənlərə göz yumulmuşdu. Hətta İran rəsmiləri hadisəni məişət məsələsi qismində baş verdiyi kimi təqdim etməyə çalışdılar...
JASMİN