Praktikada xəstəlik vərəqəsinin verilməsi və ödənilməsi ilə bağlı qeyd etdiyim bu əmək münasibəti bir çox hallarda işçilərin əmək hüquqlarının pozulması ilə nəticələnir.
Bunu TEZADLAR.AZ-a hüquqşünas Azər Quliyev bildirib.
O, qeyd edib ki, AR Nazirlər Kabinetinin qərarına əsasən, uzun müddət xəstə olanlar əmək qabiliyyəti itirildiyi gündən başlayıb, xəstələnmə müddəti son 12 ay ərzində ümumiyyətlə, yaxud ardıcıl (eyni xəstəlik üzrə) 6 aydan çox olduqda, yoxlanmaq üçün tibbi sosial ekspert komissiyasına göndərilir. Xəstəlik vərəqi tibbi- sosial ekspert komissiyası tərəfindən əlillik müəyyən edilən bütün müddət ərzində verilir.
"Qeyd etdiyim halda xəstəlik müddəti 6 aydan çox davam edən işçilər üçün əlillik təyin edilməsi üçün tibbi - sosial ekspert komissiyasına göndərilir və bu halda işçiyə xəstəlik vərəqəsinin verilməsi dayandırılır. Bu halda xəstəlik vərəqi tam bağlanmır, işçinin işə başlamalı olduğu da qeyd olunmur. Xəstəlik vərəqəsi verildikdə isə Nazirlər Kabinetinin qərarı əsas götürülməklə ödənilmir. Bu günlər üçün, yəni, tibbi sosial ekspert komissiyasına göndərilən müddət üçün, bu komissiyaya göndərilən gündən əlillik təyin olunan günədək və ya müəyyən müddətə artırılan günədək, yaxud da imtina qərarı verilən günədək işçinin əmək qabiliyyətinin itirdiyi günlər üçün ona ödənişin verilməməsi ilə nəticələnir", -deyə hüquqşünas bildirib.
Onun fikrincə, qanunvericilikdə bu barədə müvafiq dəyişikliklır edilməklə: xəstələnmə müddəti son 12 ay ərzində ümumiyyətlə, yaxud ardıcıl (eyni xəstəlik üzrə) 6 aydan çox olduqda, yoxlanmaq üçün tibbi sosial ekspert komissiyasına göndərilən işçilər üçün göndərilən gündən- əlillik təyin olunan günədək, müalicəsi davam etməklə müəyyən müddətə artırılan günədək və ya sağalması ilə əlaqədar imtina qərarı verilməklə işə başlamalı olduğu günədək işçinin əmək qabiliyyətinin itirdiyi bütün bu günlər üçün xəstəlik vərəqəsinin verilməsi və ödənişin edilməsi barədə yeni qərar qəbul edilməlidir.
JASMİN