ABŞ Nyu Yorkdakı “Türk Evi”nə hücum edən terrorçunu tapmalıdır.

Tezadlar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Bir nəfər bizim “Türk Evi”mizin şüşələrini sındırıb. Amerika hakimiyyətinə, təhlükəsizlik qüvvələrinə deməyəcəyikmi ki, onlar təcili olaraq bu terrorçunu tapmalıdırlar?”, - “TRT Haber” onun sözlərini sitat gətirib.

Ərdoğan ABŞ səlahiyyətlilərindən hücumçunu yaxalamaq üçün əlindən gələni etməyi tələb edib.

Bundan əvvəl naməlum şəxslərin Nyu Yorkda Türkiyə konsulluğunun yerləşdiyi və vətəndaşların prezidentə səs verdiyi “Türk Evi”nə hücum etdiyi bildirilirdi.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN