Avropa İttifaqı (Aİ) diplomatiyasının rəhbəri Josep Borrel Serbiyanı Rusiyaya qarşı sanksiyalara qoşulmağa və Aİ-yə üzvlük prosesində irəliləmək üçün Moskva ilə yaxın münasibətlərə son qoymağa çağırıb.

Tezadlar.az xəbər verir ki, onun sözlərini “RİA Novosti” sitat gətirir.

Borrel bildirib ki, Balkan ölkələrinin xarici işlər nazirləri Aİ nazirləri ilə işgüzar nahar ediblər.

“Biz xarici siyasətimizə və sanksiyalarımıza tam qoşulan bu dövlətlərin bir sırasının cəsarətli və strateji seçimini alqışlayırıq. Biz həmçinin öz siyasətlərini Aİ-nin siyasətləri ilə hələ tam uyğunlaşdırmayanlara və ya ümumiyyətlə bunu etməyənlərə, xüsusən də Serbiyaya, Rusiya ilə sıx əlaqələrin saxlanmasının Aİ-yə üzvlük prosesi ilə bir araya sığmadığını qeyd etdik”, - Borrel bildirib.

Həmçinin, Borrelin sözlərinə görə, Moskva ilə münasibətlər “milli maraqlara ziyan vurur”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN