Areda Survey-nin keçirdiyi sorğuya əsasən, Türkiyədə prezident seçkilərinin ikinci turu respublikanın hazırkı rəhbəri Rəcəb Tayyib Ərdoğan üçün uğurlu ola bilər.

Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” yazır.

Sorğu göstərib ki, respondentlərin 52,4 faizi Ərdoğana, 47,6 faizi isə onun müxalif rəqibi Kamal Kılıçdaroğluna səs verməyə hazırdır.

Sorğu mayın 20 və 21-də keçirilib, 10,5 min nəfər iştirak edib.

Agentliyin məlumatına görə, mərkəz vaxtaşırı daxili və xarici siyasətin aktual problemləri ilə bağlı ictimai rəy sorğuları keçirir.

Seçkilərin birinci turu öncəsi keçirilmiş əvvəlki sorğuda respublikanın hazırkı rəhbərinin 7 faiz fərqlə qalib gələcəyi proqnozlaşdırılmışdı. Eyni zamanda, Ərdoğan 49,52%, Kılıçdaroğlu isə 44,88% səs toplayıb.

Xatırladaq ki, Türkiyədə prezident seçkilərinin ikinci turu mayın 28-nə təyin edilib. Namizəd qalib gəlmək üçün sadə səs çoxluğunu toplamalıdır.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN