ABŞ federal prokurorları 2017-ci ildən başlayaraq ABŞ-ın 45-ci prezidenti Donald Trampın xarici əlaqələri ilə bağlı sənədlər tələb edib.

Tezadlar.az xəbər verir ki, prokurorlar Trampın məxfi sənədlərlə işləməsi ilə bağlı təhqiqata nəzarət edir.

Nəzarət qurumu prezident vəzifəsinə başlayandan bəri xarici ölkələrdə apardığı biznes əməliyyatları ilə bağlı məlumatların əldə edilməsi üçün məhkəməyə sorğu göndərib.

Mənbənin sözlərinə görə, xüsusən də prokurorluq “Trump Organization” şirkətinin Çin, Fransa, Türkiyə, Səudiyyə Ərəbistanı, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Omandakı daşınmaz əmlakı və lisenziyası ilə bağlı məlumatları tələb edib.

Daha əvvəl Tramp demişdi ki, Federal Təhqiqat Bürosu (FTB) 2016-cı il seçki kampaniyası zamanı Rusiya ilə iddia edilən əlaqələri araşdırmaqla amerikalıları aldadıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN