Ukrayna Silahlı Qüvvələri (USQ) ötən bazar ertəsi, mayın 22-də Belqorod vilayətinə 40 dəfədən çox hücum edib.
Tezadlar.az bildirir ki, bu barədə Telegram-da Rusiyanın sərhəd bölgəsinin rəhbəri Vyaçeslav Qladkov məlumat verib.
Belqorod rayonu 15 dəfə atəşə tutulub. “Nikolskoye kəndində pilotsuz təyyarə vuruldu, Juravlevka kəndində artilleriya işləyirdi, 14 mərmi atıldı. Tələfat və dağıntı yoxdur”, - Qladkov yazıb.
Borisov rayonu üç dəfə atəşə tutulub. “Lozovaya rudka” fermasına minaatan mərmiləri atılıb, həmçinin dronlardan iki partlayıcı qurğu atılıb. Hücum zamanı xəsarət alan olmayıb.
E.ŞİRİNOV