Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Chunying bildirib ki, G7 ölkələri eyni vaxtda beynəlxalq hüququ pozmaqla və ÇXR-i təhlükə adlandırmaqla “dünyanı aldada bilməz”.
“Bəzi G7 üzvləri Çini “qlobal təhlükəsizlik və rifah üçün ən böyük təhdid” adlandırdılar. Ciddi?" - Chunying soruşub.
O qeyd edib ki, Çin hazırda dünya iqtisadiyyatının “bir nömrəli mühərriki” və 140-dan çox ölkə üçün əsas ticarət tərəfdaşıdır.
“Əgər Çin təhdiddirsə, o zaman suveren dövlətlərlə müharibəyə başlayan, digər ölkələrdə qanuni hökuməti devirən, çoxtərəfli razılaşmalardan çıxan və digər ölkələri tədarük zəncirlərini qırmağa məcbur edən G7-nin bəzi üzvləri nədir?” - İctimai Xəbər Xidmətinin yaydığı məlumatda bildirilib.
E.ŞİRİNOV