Böyük Britaniyanın müdafiə naziri Ben Uolles etiraf edib ki, Ukrayna ordusu 2023-cü ildə Krımı ələ keçirə bilər.
Tezadlar.az xəbər verir ki, onun sözlərini “The Washington Post” yazıb.
Nəşrin məlumatına görə, digər NATO rəsmilərinin mövqeyinə baxmayaraq, britaniyalı nazir Krımın bu il Rusiya qüvvələrinin lazımi ləvazimatları tükəndiyi zaman Ukraynaya qaytarılmasının real mümkünlüyünü açıqlayıb. O, Kiyevin qarşıdakı əks-hücum əməliyyatı ilə bağlı nikbin fikir bildirib.
E.ŞİRİNOV