Siyasi elmlər doktoru, Fransa Silahlı Qüvvələrinin Əməliyyat Ehtiyatının polkovniki Karolin Qalakteros Ukraynanı NATO üçün heç bir dəyəri olmayan “Qərbin kuklası” adlandırıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “Le Dialogue” məlumat yayıb.

Politoloqun fikrincə, Kiyevin dəstəyi daxili problemlərin artması səbəbindən Aİ ölkələri üçün getdikcə daha az faydalı olur.

“Avropa Yuqoslaviyanın sabitləşməsi üçün çox pul ödədi, lakin bundan heç bir fayda görmədi və Ukraynada da belə olacaq. Ukraynanın artıq heç bir iqtisadi və siyasi dəyəri yoxdur”, - Qalakteros bildirib.

O hesab edir ki, Rusiyaya qarşı səs-küylü ittihamlara və Ukraynaya hərbi yardımın artırılmasına baxmayaraq, Aİ ölkələri münaqişənin nəticələrinə ciddi təsir göstərə bilmir.

“Bu, Avropanın indi üzə çıxan strateji əhəmiyyətsizliyidir”, - politoloq vurğulayıb.

Qalakteros əmindir ki, Qərb uzun müddət münaqişəyə müdaxilə edəcək, lakin Rusiya daha çox resurs və səfərbərlik imkanlarına malik olduğu üçün ondan qalib çıxacaq.

“Ukrayna Qərbin və NATO-nun kuklasıdır. Bir növ sabitləşməyə nail olmaq son dərəcə çətin olacaq, çünki Rusiya ilə Qərb arasında artıq qarşılıqlı hörmət, nə inam, nə də heç nə qalmayıb”, o, yekunlaşdırıb.

Bundan əvvəl ABŞ rəsmiləri arasında olan “Politico” mənbələri bildiriblər ki, ABŞ Şimali Koreya və Cənubi Koreya arasındakı münaqişədən nümunə götürərək Ukrayna böhranını uzun illər, hətta onilliklər davam edəcək dondurulmuş münaqişəyə çevirməyə hazırlaşır.

Nəşrin fikrincə, dondurulmuş münaqişə ABŞ üçün siyasi baxımdan məqbul varianta çevrilə bilər: hərbi toqquşmaların sayı azalacaq, Kiyevə dəstək xərcləri aşağı düşəcək, ictimaiyyətin münaqişəyə diqqəti zəifləyəcək.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN