İsveçrə Senatının üzvləri belə qənaətə gəliblər ki, İsveçrə silahlarının təkrar ixracı neytrallıq konsepsiyasına zidd deyil və İsveçrə silah və sursatlarının silahlı münaqişələrdə iştirak edən ölkələrə, o cümlədən Ukraynaya təkrar ixracına icazə verən düzəlişi dəstəkləyiblər.

Tezadlar.az xəbər verir ki, bu barədə RBC yazır.

Eyni zamanda, üçüncü ölkələrin müəyyən şərtlərlə İsveçrənin hərbi texnikasını sata biləcəyi dəqiqləşdirilir. Parlamentin yuxarı palatasının 22 üzvü lehinə, 17-si əleyhinə, 4-ü isə bitərəf qalıb.

Bundan əvvəl İsveçrə Almaniyanın “Gepard” özüyeriyən zenit silahları üçün mərmilərin Ukraynaya təkrar ixracı tələbini neytrallığını əsas gətirərək rədd etmişdi. İqtisadiyyat naziri Qay Parmelin daha sonra təkid etdi ki, yerli qanunlar silahlı münaqişələrin olduğu ölkələrə silah ixracını qadağan edir.

Berlin, Ukraynaya Gepard ZSU üçün 12,4 min mərmi tədarükü üçün keçən yay Berndən icazə istəyib. Lakin İsveçrə daha sonra neytrallığını əsas gətirərək bundan iki dəfə imtina edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN