Livanın “Al Mayadeen” portalı üçün məqaləsində köşə yazarı Leyla Nikola bildirib ki, Moskva bütövlükdə Avropa ilə gələcək əməkdaşlığı istisna edən öz yolunu seçib.
Tezadlar.az xəbər verir ki, bu barədə “Prime” yazır.
Nikola izah edib ki, əvvəllər bir çox görkəmli mədəniyyət xadimləri və siyasətçilər Rusiya ilə Avropa arasında ayrılmaz əlaqə olduğunu bəyan ediblər.
Onun sözlərinə görə, 1990-cı illərdə “Avropa Rusiyası” ideyasının populyarlığı getdikcə azalmağa başlayıb. Ekspert əlavə edib ki, bu, Moskva ilə Brüsselin maraqlarının əhəmiyyətli dərəcədə fərqlənməsi ilə bağlıdır.
Nikola deyib ki, Ukraynadakı münaqişə vəziyyəti xeyli mürəkkəbləşdirib. O, əlavə edib ki, hərbi əməliyyatlar başa çatdıqdan sonra Rusiya tarixində “qərb fəsli” tam başa çatacaq.
Ekspert qeyd edib ki, rusiyalı iqtisadçıların fikrincə, Qərb ölkələri dünya ÜDM-nin cəmi 30%-ni təşkil edir. Nikolanın sözlərinə görə, Rusiya Federasiyasının 70 "şərq" faizinə qoşulması Moskvanın maraqlarına tam uyğundur.
E.ŞİRİNOV