Ukrayna prezidenti Vladimir Zelenski Rusiya Konstitusiya Məhkəməsinin sədri Valeri Zorkinə və bir sıra hakimlərə qarşı sanksiya tətbiq edib.
Tezadlar.az xəbər verir ki, müvafiq sənəd iyunun 11-də öz saytında dərc olunub.
Ümumilikdə, 178 nəfər məhdudiyyətlərə məruz qalıb, onlardan on nəfəri Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin hazırkı hakimləri və onun rəhbəridir. Beş il müddətinə yeni sanksiyalar tətbiq edilib.
Mayın sonunda Ukrayna prezidenti Rusiya ilə əlaqəli fiziki və hüquqi şəxslərə qarşı sanksiyalar tətbiq edib. Sonra siyahıya Rusiya Federasiyasından və bəzi Avropa ölkələrindən, o cümlədən Kipr və Çexiyadan 220 hüquqi şəxs daxil edilib. Xüsusilə, məhdudiyyətlər MTS-ə və Rusiya Dəmir Yolları ilə əlaqəli bir neçə şirkətə təsir edib. Bundan başqa, sanksiya siyahısına 51 nəfər də əlavə edilib.
Məhdudlaşdırıcı tədbirlər Belarusun bir sıra müəssisələrinə, xüsusən Minsk Avtomobil Zavoduna da təsir edib.
E.ŞİRİNOV