Roma Papası Fransisk Ukrayna prezidenti Vladimir Zelenskiyə məktub yazıb və məktubda əziyyət çəkən xalqına yaxın olduğunu və bu əzabın sona çatması üçün hər şeyi etməyə hazır olduğunu nümayiş etdirib.

Tezadlar.az xəbər verir ki, bu barədə Zelenski ilə görüşdüyü Kiyevdən bu yaxınlarda qayıdan papanın Ukrayna nizamlanması üzrə xüsusi nümayəndəsi kardinal Matteo Zuppi bildirib.

"Biz sülhün mümkün qədər tez bərqərar olmasına töhfə verməliyik, buna nail olmaq üçün nəyin lazım olduğunu başa düşməliyik. Və bu, Roma Papasının Zelenskiyə yazdığı məktubun mənasıdır, yəni biz onun əziyyət çəkən xalqına necə kömək edə bilərik və ona yaxın ola bilərik, bu faciəyə son qoymaqda maraqlı olduğumuzu nümayiş etdirə bilərik", - kardinal bazar ertəsi “Repubblica” qəzetində dərc olunan müsahibəsində bildirib.

"Mən Kiyevə deməyə getdim:" Biz sizinləyik və bacardığımız qədər sülhün əldə olunmasına kömək edəcəyik", - Zuppi bildirib. Kardinal əlavə edib ki, Moskvada onu hökumət və Rus Pravoslav Kilsəsinin nümayəndələri qəbul edəcəyinə dair siqnallar var.

"Moskva üçün Donbassdakı iki bölgə Rusiyanın bir hissəsidir. Ukrayna ərazi bütövlüyü uğrunda mübarizə aparır. Və görünən odur ki, bunlar əks mövqelərdir. Biz ancaq arzu edə bilərik ki, bu mübahisə silahların köməyi ilə deyil, indiyə qədər münaqişənin qarşısını almaq üçün kifayət etməyən bütün vasitələrlə həll olunsun", - papanın elçisi deyib.

Xatırladaq ki, mayın 13-də Fransisk Zelenskini Vatikanda qəbul edib. Bir sıra KİV-lər hesab edirlər ki, hazırda Moskvaya səfəri zamanı Zuppi Rusiya prezidenti Vladimir Putinə papalıq mesajı çatdıra bilər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN