İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni 87 yaşında vəfat edib.

Tezadlar.az xəbər verir ki, bu barədə İtaliyanın “Corriere della Sera” qəzeti məlumat yayıb.

Berluskoni Milan xəstəxanasında dünyasını dəyişib.

Qeyd edək ki, 2023-cü ilin aprel ayının əvvəlində siyasətçi pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Müayinə göstərib ki, Berluskoni xroniki miyelomonositar leykozdan əziyyət çəkir (buna qarşı ağciyər infeksiyası yaranıb).

Xəstəliklə əlaqədar olaraq kimyaterapiya kursu keçib. Berluskoni bir aydan çox Milanda San Raffaele xəstəxanasında yatıb və sonra evə buraxılıb.

İyunun 9-da siyasətçi yenidən Milanda xəstəxanalardan birinə yerləşdirilib. Üç gün sonra ölüb.

Silvio Berluskoni 29 sentyabr 1936-cı ildə Milanda dərin inanclı katoliklərin ailəsində anadan olub. Valideynləri bank işçisi Luici Berluskoni (1908-1989) və evdar qadın Rosella Bossi (1911-2008) idi.

O, 57 yaşında siyasətdə debüt edib, Avropa dövlətinin hökumətinə başçılıq edən ilk multimilyarder olub.

Berluskoni dörd dəfə İtaliyanın baş naziri olub (1994-1995, 2001-2005, 2005-2006, 2008-2011).

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN