Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşlarla görüş keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbirlər görürlər.

Dövlət Gömrük Komitəsindən Tezadlar.az-a bildirilib ki, iyunun 16-da DGK-nin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Quba şəhərindəki Heydər Əliyev Mərkəzində Quba və Qusar rayonlarından olan vətəndaşların müraciətlərini dinləyib.

DGK sədri görüşdən öncə Quba şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyub.

Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Quba və Qusar rayon sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub.

Görüş zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN