Gürcüstan Silahlı Qüvvələrinin batalyon komandiri Qoderdzi Aprasidzeni poliqonda ildırım vurub.
TEZADLAR.AZ Gürcüstan KİV-nə istinadən xəbər verir ki, məlumatı Müdafiə Nazirliyi təstiqləyib. Qeyd olunub ki, artilleriya batalyonunun komandiri, polkovnik-leytenant Qoderdzi Aprasidzeni Orpolo poliqonunda ildırım vurub və o, ağır vəziyyətdə klinikanın reanimasiya şöbəsinə yerləşdirilib. Klinikadan bildirilib ki, hazırda onun vəziyyəti orta ağırdır və o, süni tənəffüs aparatına qoşulub.
24News.ge