Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda Afrika liderləri ilə görüşündə deyib ki, Moskva Kiyevdən fərqli olaraq heç vaxt Ukrayna ilə bağlı danışıqlardan əl çəkməyib.

"Rusiya heç vaxt danışıqlardan imtina etməyib", - Rusiya prezidenti deyib.

Ren.tv-nin məlumatına görə, Rusiya lideri həmçinin qeyd edib ki, Rusiya Federasiyası Afrika ölkələrinin Ukraynada münaqişənin sülh yolu ilə nizamlanması ilə bağlı istənilən təklifini nəzərdən keçirməyə hazırdır.

"Mən sizin narahatlığınızı başa düşürəm, bölüşürəm və təbii ki, biz sizin istənilən təklifinizi nəzərdən keçirməyə hazırıq, lakin danışıqlardan imtina etmədik. Ukrayna tərəfi bundan imtina edib. Hətta fərman da verilib. Yaxşı, bizdən nə istəyirlər?", - Rusiya lideri bildirib.

Putin həmçinin qeyd edib ki, İstanbulda Ukrayna ilə danışıqlarda Kiyev rejiminin nümayəndəsinin imzaladığı müqavilə layihəsi təqdim olunub. Rusiya Federasiyasının prezidenti bunu Afrika liderlərinə göstərib.

"Budur! O, mövcuddur! Bu, belə adlanır - daimi neytrallıq və Ukrayna üçün təhlükəsizlik zəmanətləri haqqında saziş. Söhbət zəmanətlərdən gedir. On səkkiz maddədir", - Putin bildirib.

Onun sözlərinə görə, sənəd Ukrayna nümayəndə heyəti tərəfindən paraflanıb və imzalanıb. Lakin Rusiya vədinə əməl edib qoşunlarını Kiyevdən çıxardıqdan sonra Kiyev hakimiyyəti adətən “ağaları” kimi “hər şeyi tarixin zibilliyinə atdılar”.

Xatırladaq ki, bu gün Afrika dövlətlərinin liderləri Rusiya lideri Vladimir Putinlə şəxsi görüş keçirmək üçün Sankt-Peterburqa gəliblər. Söhbətin lap əvvəlində Rusiya Federasiyasının dövlət başçısı qeyd edib ki, Afrika ilə tərəfdaşlıq əlaqələrinin qurulması Rusiya üçün prioritet məsələdir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN