Ermənistan separatçılarının niyyəti aydındır, sadəcə, dünya kar və kordur...

Sübut: bu gün iyunun 17-si saat 18:40 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi rəsmi məlumat da yayıb. Sitat: "Qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik".

Belə çıxır ki, erməni separatçıları təxribat törətsin, hərbçilərimizi atəşə tutsun, öldürsün, yaralasın... Sonra da dünyaya car çəksin ki, ""...məni atəşə tutublar, qoymayın...".

Bəs həmin dünya niyə Ermənistanın 30 illik işğalına susurdu? Susmaq razılıq əlaməti idimi?!

Yox, Azərbaycan ordusunun isə susmaq fikri yoxdur və düşməni məhv etmək üçün hazırdır, sadəcə, hələ ki səbr edir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN