Türkiyə bu il minimum əmək haqqını ikinci dəfə qaldırıb.
Tezadlar.az xəbər verir ki, keçən ay yenidən seçkilərdə qalib gələn prezident Rəcəb Tayyib Ərdoğan aşağı maaş alan insanların iqtisadi şəraitini yaxşılaşdırmaq vədinə əməl edib.
Əmək naziri Vedat İsihan televiziya şərhində bildirib ki, aylıq xalis minimum əmək haqqı 34% artaraq 11,402 lirəyə (483 dollar) çatacaq. Bu, ötən ilin sonu ilə müqayisədə 107% çoxdur.
Mütəxəssislər istisna etmirlər ki, maaşların müvəqqəti artırılması, pensiyalara, hökumətin qiymət və vergi siyasətinə potensial yenidən baxılması, həmçinin lirənin daha da ucuzlaşması gözləntiləri ilin sonuna qədər inflyasiya təzyiqini artıracaq. Keçən ildən bəri inflyasiya səngiyib, lakin hələ də 40% səviyyəsindədir.
Türkiyə Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri Ergün Atalay: "İnflyasiya səngiməsə, maaş artımı mənasızdır. Ümid edirik ki, bazar qiymətləri ən qısa zamanda nəzarət altına alınacaq".
Media qeyd edir ki, xarici investorlar hökumətin lirəni gücləndirmək və faiz dərəcələrini inflyasiyadan xeyli aşağı saxlamaq üçün müdaxilələr də daxil olmaqla iqtisadi siyasətini dəyişdirəcəyinə ümid edirlər.
E.ŞİRİNOV