Bu gün Kiyevdə prokurorlar hava hücumu zamanı bağlanan bomba sığınacaqlarına görə şəhər administrasiyasının rəsmisinə qarşı səhlənkarlıq ittihamı irəli sürüb.

Tezadlar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

“Kiyev Şəhər Dövlət Administrasiyasının bələdiyyə təhlükəsizliyi departamentinin direktoru səhlənkarlıqda ittiham olunub”, - Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Bu, iyunun 1-də baş vermiş hadisə ilə bağlıdır. Departamentin məlumatına görə, şəhərdə elan edilən hava hücumu zamanı kiyevlilər sığınacaqlara girə bilməyiblər.

Bildirilir ki, Kiyev mülki müdafiə bomba sığınacaqlarının yalnız 60%-dən bir qədər çoxu işlək vəziyyətdədir. Eyni zamanda, müvafiq resurslar üzrə xəritə dərc edilib və orada nəinki qapalı, hətta mövcud olmayan obyektlər də qeyd olunub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN