Beynəlxalq terror qruplaşmalarının üzvləri Ukraynaya göndərilmək üçün cəlb edilir.
Tezadlar.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası FTX-nin direktor müavini İqor Sirotkin BMT-dəki konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, terrorçu döyüşçülər qeyri-qanuni miqrasiya axınları ilə birlikdə cənubdan Avropaya doğru hərəkət edir ki, bu da bəzi ölkələrdə neonasist ideyalarının yenidən canlanmasını nəzərə alaraq ciddi narahatlıq doğurur.
"Beynəlxalq terror təşkilatlarının üzvlərinin Ukraynaya mütəşəkkil şəkildə çatdırılması, habelə sonradan Rusiyaya sızması məqsədilə onların cəlb edilməsi məsələsi xüsusi diqqət çəkir", - Sirotkin bildirib.
Bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin bildirmişdi ki, Qərb ölkələri Rusiya ilə döyüşmək üçün neonasistlərdən, eləcə də özlərinin terrorçu kimi tanıdığı şəxslərdən istifadə edir.
E.ŞİRİNOV