ABŞ kəşfiyyat orqanları Yevgeni Priqojinin hələ iyunun ortalarında üsyan hazırladığı barədə məlumat aldılar, bundan sonra bu barədə Ağ Evə məlumat verdilər, lakin bu məlumatı ictimaiyyətə açıqlamamağa qərar verdilər.
Tezadlar.az xəbər verir ki, bu barədə “Washington Post” rəsmilərə istinadən yazır.
Qəzetin qeyd etdiyi kimi, Amerika kəşfiyyat orqanları üsyanın hazırlığını göstərən “kifayət qədər siqnallar” aldılar, lakin Priqojinin planlarının spesifik mahiyyəti, eləcə də dəqiq vaxtı barədə bilmədilər.
Agentliklərin bu məlumatı aldıqdan sonra Ağ Evə, Dövlət Departamentinin rəsmilərinə, Pentaqona və Konqresə hadisələr barədə məlumat verdiyi bildirilir.
“New York Times” qəzetinin yazdığına görə, Amerika rəsmiləri Rusiya tərəfinin onları dövlət çevrilişi təşkil etməkdə ittiham edəcəyindən ehtiyat etdikləri üçün bu məlumatları dərc etməmək qərarına gəliblər. Bundan əlavə, nəşr əlavə edir ki, onlar Rusiya hakimiyyətinə kömək etmək istəməyiblər.
E.ŞİRİNOV