Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin (AASM) məlumatına görə, Tonqanın cənubunda 6,4 bal gücündə zəlzələ baş verib.

Məlumata görə, zəlzələnin ocağı 22 400 nəfərin yaşadığı ştatın paytaxtı Nukualofadan 354 km cənubda, 40 km dərinlikdə yerləşib.

Tonqa dövləti Sakit okeanda Polineziya bölgəsində yerləşir, 172 adadan ibarətdir.

İyunun əvvəlində bildirilib ki, seysmoloqlar Petropavlovsk-Kamçatskidən 385 km aralıda, Kamçatka sahillərində 5,2 bal gücündə zəlzələ qeydə alıblar.

Bundan əvvəl, may ayında Kamçatka ərazisindəki Komandir adaları sahillərində 4,8 bal gücündə zəlzələ qeydə alınmışdı.

May ayında Kubanın Tuapse bölgəsində də dörd təkan qeydə alınıb. Mütəxəssislər təkanların ocağının dayaz olduğu üçün hiss olunduğunu izah ediblər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN