Ukrayna prezidenti Vladimir Zelenski Kanadanın baş naziri Castin Trüdo ilə Zaporojye Atom Elektrik Stansiyası (ZAES) ətrafındakı vəziyyəti müzakirə etdiyini bildirib.

Tezadlar.az bildirir ki, bu barədə Ukrayna liderinin Telegram-kanalında məlumat verilib.

“Ukraynanın tərəfdaşları, xüsusən də NATO-nun Vilnüs sammitində prinsipial reaksiya nümayiş etdirməlidir”, - deyə siyasətçi bildirib.

Zelenskinin sözlərinə görə, o, Trüdo ilə “döyüş meydanındakı vəziyyət” barədə də danışıb və Rusiyada üsyana cəhd və bu vəziyyətin hərbi əməliyyatların gedişatına təsiri ilə bağlı Ukraynanın qiymətləndirmələrini bölüşüb.

Bundan əvvəl Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya ümid etdiyini bildirib ki, Qərb Kiyevə Zaporojye AES-də fəlakət təşkil etməyə imkan verməyəcək. “Kiyev rejiminin liderlərinin Rusiyanın guya ZAES-i minaladığı və onu partlatmağa hazırlaması ilə bağlı artan paranoyak bəyanatları son dərəcə narahatedicidir”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN