Ukraynanın NATO-ya üzv olmasının vaxtı hələ gəlməyib.
Tezadlar.az xəbər verir ki, bu fikri İtaliyanın xarici işlər naziri Antonio Tajani deyib.
Tajani “La Stampa” nəşrinə müsahibəsində “Ukraynanın NATO-ya daxil olmasının vaxtı hələ çatmayıb” deyib.
Nazir izah edib ki, Ukraynada münaqişə bitənə qədər alyansa qoşulmaqdan danışmaq olmaz. Eyni zamanda, o qeyd edib ki, blokun qarşıdakı sammitində Ukrayna-NATO Şurası yaradılacaq. Onun fikrincə, bu, Kiyevin üzvlük yolunda ilk addım olacaq. O, həmçinin əlavə edib ki, İtaliya Ukraynanı dəstəkləməyə davam edəcək.
E.ŞİRİNOV