Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin paytaxtında Quranın yandırılmasına münasibət bildirib.
Tezadlar.az xəbər verir ki, onun sözlərini “RİA Novosti” yayıb.
Türkiyə dövlətinin başçısı bu hərəkətləri qorxaq hücum adlandırıb.
“İslamın və bəşəriyyətin düşmənləri polisin himayəsi altında həyata keçirdiyi təxribatlarla bu mühiti qaraltmağa çalışırlar”,- deyib.
Ərdoğan vurğulayıb ki, bu cür hərəkətlərə yol verənlər öz ambisiyalarını reallaşdıra bilməyəcəklər. Onun sözlərinə görə, Türkiyə təxribat və təhdid siyasətinə boyun əyməyəcək.
Bir müddət əvvəl Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər Nazirliyi Stokholmda Quranın açıq şəkildə yandırılması ilə əlaqədar İsveç səfirini çağıraraq ona nota verib. O, nifrət nitqinə nəzarət etməyə çağırılıb və bu aksiya “ictimai dəyərlərə hörmətsizlik”in nəticəsi hesab edilib.
E.ŞİRİNOV