Berlində naməlum şəxslər ukraynalı qaçqınlara yardım edən təşkilatın mikroavtobusunu yandırıblar.
Tezadlar.az xəbər verir ki, bu barədə Almaniya hüquq-mühafizə orqanları məlumat yayıb.
“Dünən gecə Vaysenseidə (Berlin rayonu) naməlum şəxslər Ukraynadan olan qaçqınlara yardım göstərən təşkilata məxsus avtomobili yandırıblar”, - deyə hüquq-mühafizə orqanları məlumat yayıb.
Qeyd olunur ki, şahid yanğın barədə səhər saat 02:00 radələrində məlumat verib. Tezliklə hadisə yerinə gələn yanğınsöndürənlər yanğını söndürüblər.
Bundan əvvəl Almaniya əhalisinin 2022-ci ildə 1,12 milyon nəfər (1,3%) artdığı, bir il əvvəl bu artımın 82 min nəfər (0,1%) olduğu bildirilmişdi. Bloomberg-in məlumatına görə, 1990-cı ildə ştatın şərq və qərb hissələrinin (ADR və AFR) birləşməsindən sonra bu, ən yüksək göstəricilərdir. Statistika idarəsi əhalinin artımını immiqrantların (illik əvvəlki 329 min nəfərə qarşı 1,45 milyon), əsasən də Ukraynadan olan qaçqınların sayının artması ilə əlaqələndirib.
Bundan əvvəl Almaniya hökuməti qaçqınların saxlanması üçün 2023-cü ildə daha 1 milyard avro ayıracağına söz vermişdi.
E.ŞİRİNOV