Bryansk gömrüyünün mobil qrupu Belarusdan Rusiyaya gələn avtomobildən 120 kq-dan çox dondurulmuş fransız istiridyələri aşkar edib.
Tezadlar.az xəbər verir ki, bu barədə Federal Gömrük Xidmətinin (FTX) mətbuat xidməti məlumat yayıb.
Avtomobili Bryansk vilayətinin 24 yaşlı sakininin idarə etdiyi dəqiqləşdirilir. Gömrükçülər avtomobili “Qırmızı daş” keçid məntəqəsinin yaxınlığında saxlayıblar.
"Ümumilikdə, sanksiya edilmiş dəniz ləzzəti olan 20 karton qutu götürülüb", - FTX-dən bildiriblər: "İstiridyələr fitosanitar normaları pozmaqla daşınıb və istehlakçı üçün təhlükə yarada bilər".
Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 16.3-cü maddəsi ilə "malların idxalına qadağa və məhdudiyyətlərə əməl edilməməsi" ilə iş başlanıb. Qanunu pozan 50 min rubldan 300 min rubla qədər inzibati cərimə ilə üzləşir.
Gömrük xidmətinin məlumatına görə, yük məhv edilib.
E.ŞİRİNOV