Moskvada iyulun 2-də 48 yaşlı qadına təcavüz edən iki kişi saxlanılaraq həbs edilib.
Tezadlar.az bildirir ki, bu barədə İstintaq Komitəsinin şəhər Baş İstintaq İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Saxlanılan hər iki şəxsin 21 yaşında olduğu dəqiqləşdirilir.
“İstintaqın məlumatına görə, təqsirləndirilən şəxslər alkoqollu sərxoş vəziyyətdə Moskvanın cənubundakı parklardan birinin ərazisində olarkən ölümlə hədələyərək əvvəllər tanımadığı 1974-cü il təvəllüdlü qadını zorlayıblar”, - deyə idarədən bildirilib. .
Əlavə ediblər ki, saxlanılan şəxslər barəsində “Bir qrup şəxs tərəfindən zorlama, adam öldürmə hədəsi ilə törədildikdə” maddəsi ilə cinayət işi başlanıb. Naqatinski Rayon Məhkəməsi hər ikisinin həbs edilməsi barədə qərar çıxarıb. İstintaq davam edir.
E.ŞİRİNOV