Ukrayna hakimiyyəti tərəfindən respublikanın eks-prezidenti Mixail Saakaşvilinin səhhəti ilə əlaqədar ölkəni tərk etmək əmri verilən Gürcüstanın Ukraynadakı səfiri Georgi Zakaraşvili artıq Tbilisiyə yollanır.
Tezadlar.az xəbər verir ki, bu barədə Gürcüstanın “İnterpressnews” xəbər agentliyi respublikanın Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Diplomatın Gürcüstana nə vaxt gələcəyi hələlik məlum deyil.
Bazar ertəsi Saakaşvili Tbilisi şəhər məhkəməsinin 2007-ci ildə mitinqin xəstəxanadan dağıdılması işi üzrə videobağlantı vasitəsilə iclasında iştirak edib. Videoda eks-prezident çox arıq görünüb. Daha sonra Ukrayna prezidenti Vladimir Zelenski Xarici İşlər Nazirliyinə Ukrayna vətəndaşlığı olan Saakaşvili məsələsi ilə bağlı məsləhətləşmələr aparmaq üçün Gürcüstan səfirinə zəng edərək ona 48 saat ərzində ölkəni tərk etməsi barədə göstəriş verməyi tapşırıb. Gürcüstan Xarici İşlər Nazirliyi Kiyevin qərarını diplomatik münasibətlərin kəskinləşməsinin, eləcə də suveren dövlətin daxili işlərinə müdaxilənin ifrat forması adlandırıb.
Saakaşvili 2013-cü ildə Gürcüstanı tərk edib, bundan sonra ölkədə ona qarşı 4 cinayət işi açılıb, onlardan ikisində siyasətçi qiyabi olaraq 3 və 6 il müddətinə azadlıqdan məhrum edilib. 2021-ci ilin oktyabrında Saakaşvili gizli şəkildə Gürcüstana gəlib, lakin saxlanılıb. 2022-ci ilin may ayında səhhəti pisləşdiyi üçün Tbilisidəki “Vivamed” özəl klinikasına aparılıb və bu günə kimi oradadır. Gürcüstan hakimiyyətinin mövqeyi ondan ibarətdir ki, Saakaşvili həbsdən çıxmaq üçün səhhətinin ağır olduğunu iddia edir.
E.ŞİRİNOV