Böyük Britaniyanın Müdafiə Nazirliyi böhrana qısa müddətdə cavab vermək qabiliyyətini artıracaq yeni qlobal cavab qüvvələri yaratmaq niyyətindədir.

Tezadlar.az xəbər verir ki, RİA Novosti-nin məlumatına görə, yaxın vaxtlarda silahlı qüvvələrin ölümcüllüyünü və yerləşdirilməsi imkanlarını, habelə Britaniyanın NATO-ya töhfəsini artırmaq üçün görülən tədbirləri əks etdirən sənəd dərc olunacaq.

Qlobal Müdaxilə Qüvvələri bütün sahələrdə - quruda, dənizdə, havada, kosmosda və kiberməkanda imkanlardan istifadə edəcək. Qüvvələr həmçinin artıq yerləşdirilən Böyük Britaniya qüvvələrini, eləcə də çevik reaksiya qüvvələrini vahid komandanlıq altında birləşdirərək NATO qüvvələri modelini tamamlayacaq.

Sənəddə qeyd edilir ki, bu tipli qüvvələrin yaradılması Ukraynadakı münaqişədən, eləcə də digər böhranlardan, o cümlədən Sudanda baş verən ibrət dərsinə birbaşa cavabdır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN