Polşalı tibb mütəxəssisləri qrupu Tbilisidə Mixail Saakaşvilini hərtərəfli tibbi müayinədən keçirəcək.
Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, bu haqda Polşanın Baş naziri Mateuş Moravetski öz Twitter səhifəsində məlumat yayıb. “Biz dostlarımızı çətin vəziyyətdə qoymuruq. Mənim xahişimlə Humanitar Tibbi Yardım Qrupundan olan Polşa komandamız Mixail Saakaşvilini hərtərəfli tibbi müayinədən keçirməyə başlayıb”, – Moravyeçki yazıb.
Polşa Seyminin vitse-marşalı Malgorzata Qosevskaya da RAP-a şərhində bildirib ki, Gürcüstan bir müddət əvvəl Polşadan olan bir qrup həkimin Saakaşvilini müayinə etməsinə razılıq verib, lakin müxtəlif bəhanələrlə bu prosesi uzadıb. O əlavə edib ki, beynəlxalq təzyiqlər sayəsində Gürcüstan hakimiyyəti polşalı həkimlərin Saakaşvilini görməsinə icazə verib. Onun sözlərinə görə, Saakaşvilinin səhhəti ilə bağlı həkimlərin rəyi əsasında bundan sonra nə edəcəyinə dair qərar gələcəkdə veriləcək. Siyasətçi vurğulayıb ki, Polşa Saakaşvilinin Polşa klinikalarından birində müalicəsinin davam etdirilməsi üçün mübarizə aparır.