Bolqarıstan Ukraynaya ən böyük hərbi yardım paketini, o cümlədən ölkənin polis arsenalından 100 zirehli maşın göndərib.
Tezadlar.az xəbər verir ki, bu barədə “Euractiv” məlumat yayıb.
Hakim PP-DB koalisiyasından olan deputat İvaylo Mirçev zirehli hərbi texnikanın Dirçəliş Prosesi zamanı alındığını və əvvəllər istifadə olunmadığını diqqətə çatdırıb.
Nəşr qeyd edib ki, bu, Sofiyanın Ukraynaya ağır texnikanın tədarükü ilə bağlı ilk rəsmi qərarıdır.
Daha əvvəl Bolqarıstanın müdafiə naziri Taqarev bildirib ki, Zelenski Sofiyaya səfəri zamanı təyyarədən başqa hər şey istəyib.
E.ŞİRİNOV