Almaniyanın İqtisadiyyat naziri Robert Habek Hindistanın Moskvaya qarşı sanksiyalara qoşulmamasından narazı qalıb, həmçinin ölkəni Rusiyadan neft almaq üçün məhdudiyyətlərdən istifadə etməkdə ittiham edib.

Tezadlar.az xəbər verir ki, bu barədə o, NTV telekanalına müsahibəsində bildirib.

“Hindistan az pul müqabilində Rusiyadan çoxlu neft alır. Almaniyanın Hindistanla əlaqələri vacibdir, lakin eyni zamanda mürəkkəbdir" deyən Habek Hindistanın Rusiyaya qarşı susqunluğunu başa düşməyin "olduqca çətin" olduğunu göstərib.

Onun sözlərinə görə, o, danışıqlar zamanı dəfələrlə Hindistan və Rusiya münasibətləri ilə bağlı məsələ qaldırıb. Eyni zamanda, hindistanlı tərəfdaşların Rusiya neftinə ehtiyac duymadıqlarını vurğulayaraq, mümkün qədər ucuz yanacağın alınmasına üstünlük verdiklərinə işarə ediblər.

Habek Yeni Dehliyə gedir. O, səfər zamanı Rusiya ilə Hindistan arasında münasibətləri yenidən müzakirə edəcəyinə söz verib. Eyni zamanda, bu müzakirənin “çətin” olacağı gözlənilir”, - deyə nazir qeyd edib.

İyun ayında Rusiya Hindistana neft ixracını rekord səviyyəyə - gündəlik 2,2 milyon barelə çatdıraraq, Səudiyyə Ərəbistanı və İraqdan idxalın ümumi həcmini üstələyib. Eyni zamanda, Hindistan tərəfindən Rusiya yanacağının alışı on aydır ki, artmaqdadır.

2023-cü ilin ilk beş ayının nəticələrinə görə, Rusiya ilk dəfə Hindistanın əsas ticarət tərəfdaşları arasında ilk üçlükdə yer alıb. Ölkələr arasında ticarət dövriyyəsi 27,1 milyard dollara çatıb. Çin Hindistanla əsas ticarət tərəfdaşı olaraq qalır, ikinci yerdə ABŞ gəlir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN