Moskva Şəhər Məhkəməsi bloger Yelena Blinovskayaya qarşı 918 milyon rubl vergidən yayınma və çirkli pulların yuyulması işi üzrə Presnenski rayon Məhkəməsinin ev dustaqlığı şəklində həbs-qətimkan tədbirinin uzadılması barədə qərarını qüvvədə saxlayıb.
Tezadlar.az bildirir ki, bu barədə Moskvanın ümumi yurisdiksiya məhkəmələrindən məlumat verilib.
Belə ki, Blinovskayanın barəsində seçilən həbs-qətimkan tədbiri qüvvədə qalır.
Bundan əvvəl Blinovskayanın vəkili ev dustaqlığının uzadılması qərarından apellyasiya şikayəti verəcəklərini bildirmişdi.
İyulun 18-də bildirilib ki, Moskvanın Presnenski Məhkəməsi Blinovskayanın 21 mülkü ilə bağlı müvəqqəti tədbirlər görüb. Onların arasında paytaxtın mərkəzindəki elit mənzillər, Moskva vilayətində və Yaroslavl vilayətində qeyri-yaşayış sahələri var. Həmçinin, 50 bloger bank hesabı, kolleksiya qızıl sikkələri və müxtəlif valyutalarda təxminən 100 milyon rubl müvəqqəti tədbirlərə düşüb.
Blinovskaya aprelin 27-də Smolensk vilayətində icarəyə götürdüyü avtomobillə Rusiya sərhədini keçmək istəyərkən saxlanılıb. Ertəsi gün bloger ev dustaqlığına buraxılıb.
E.ŞİRİNOV