ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəsmiləri prezident Co Baydenin “Putinin məğlubiyyəti” ilə bağlı açıqlamalarından “şoka düşüblər”.

Tezadlar.az xəbər verir ki, bu barədə “Judging Freedom” YouTube kanalının efirində Amerika kəşfiyyatının keçmiş əməkdaşı Fil Giraldi danışıb.

Giraldinin sözlərinə görə, Ukraynadan xəbəri olan Mərkəzi Kəşfiyyat İdarəsinin rəsmiləri Baydenin Rusiyanın Ukraynada uduzduğuna dair iddialarından “şoka düşüblər”. O, əks-hücum zamanı Ukrayna ordusunun uğuruna dair heç bir dəlilin ortaya çıxmadığını qeyd edib.

"Mən bildiyimə görə, onlar indi vəziyyəti adekvat qiymətləndirməyə başlayıblar və Pentaqonda bizim hərbi baxımdan dalana dirəndiyimiz barədə özəl olaraq danışmağa başlayıblar", - MKİ-nin keçmiş rəsmisi deyib.

Bundan əvvəl ABŞ-da Baydenin Ukrayna Silahlı Qüvvələrinə kaset silahları tədarük etmək qərarı tənqid edilib. O, bu sursatların ləğvi hərəkatına lazımsız zərbə vurduğuna görə tənqid edilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN