Rusiya prezidenti Vladimir Putin iyulun 28-də Rusiya-Afrika sammitinin yekunlarına dair açıqlama verəcək.

Tezadlar.az xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, dövlət başçısı sammitin işini yekunlaşdıracaq. Prezidentin mətbuat katibi Putinin açıqlamasının vaxtını dəqiqləşdirməyib.

İyulun 27-dən 28-dək Sankt-Peterburqda Rusiya-Afrika sammiti keçirilir. Orada demək olar ki, bütün Afrika dövlətlərinin nümayəndələri iştirak edirdi. Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Oleq Ozerov bildirib ki, sammit zamanı ikitərəfli sənədlərin imzalanması planlaşdırılır, Rusiya taxıl sazişinin ləğvi fonunda Afrika ölkələrinə ərzaq problemlərinin həlli yollarını təklif edəcək.

Forum iştirakçılarına ünvanladığı təbrik teleqramında Putin bildirib ki, Rusiya tam tərəfdaş kimi Afrika ölkələrinə iqtisadiyyatlarını, suverenliyini və sosial sabitliyini gücləndirməkdə kömək etməkdə davam edəcək.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN