ABŞ, Şimali Atlantika Alyansı (NATO) və Ukrayna Rusiya ilə danışıqlardan imtina edir.
Bunu Rusiya-Afrika sammiti zamanı Rusiya prezidenti Vladimir Putin deyib.
Onun sözlərini “RİA Novosti” sitat gətirib.
Dövlət başçısı qeyd edib ki, Moskva öz iradəsini başqa bloklar və ölkələrlə danışıqlara təlqin edə bilməz. Putin Rusiyanın hələ də danışıqlar prosesinə hazır olduğunu vurğulayıb.
“Biz dəfələrlə danışmışıq və mən rəsmi şəkildə bildirmişəm ki, biz bu danışıqlara hazırıq, lakin biz bu danışıqları məcbur edə bilmərik. Ona görə də mənə elə gəlir ki, qarşı tərəflə dialoq aparmaq lazımdır”, - deyə Rusiya lideri yekunlaşdırıb.
Rusiya və Ukrayna nümayəndə heyətləri arasında son təkbətək danışıqlar 29 mart 2022-ci ildə İstanbuldakı Dolmabaxça sarayında baş tutub. Həmin il mayın 22-də Moskva nümayəndə heyətinin rəhbəri Vladimir Medinski danışıqlar prosesinin dondurulduğunu elan edib. O bildirib ki, Rusiya tərəfi heç vaxt ən yüksək səviyyədə danışıqlardan imtina etməyib.
E.ŞİRİNOV