Ukrayna Silahlı Qüvvələri (USQ) pilotsuz uçan aparatdan istifadə edərək DXR-in Yasinovataya şəhərindəki su kanalına partlayıcı qurğu atıb.

Tezadlar.az bildirir ki, bu barədə şəhər meri Dmitri Şevçenko məlumat verib.

Onun sözlərinə görə, müəssisənin infrastrukturuna ziyan dəyib.

"Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçan aparatı metal toplarla doldurulmuş partlayıcı qurğunu yerə atıb", - Şevçenko bildirib.

Bundan əvvəl məlum olub ki, iyulun 31-i səhər saatlarında Donetskin mərkəzində 10-a yaxın partlayış baş verib.

Son məlumatlara görə, Donetsk Silahlı Qüvvələrinin atəşə tutulması nəticəsində 1 nəfər ölüb, daha 4 nəfər yaralanıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN