Gürcüstanda son vaxtlar Rusiyanın bu ölkəyə qarşı məlum siyasətinə qarşı ictimai etirazlar səngimir...
Bu dəfə isə Batumi limanında belə bir etiraz baş tutub, mitinq iştirakçıları ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma yaşanıb. Tezadlar.az 24News.ge-yə istinadla bildirir ki, aksiya iştirakçıları hasara alınmış ərazidən keçərək “Astoria Grande” kruiz laynerinin dayandığı liman sahəsinə daxil olmağa çalışıblar. Bu zaman, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə aksiya iştirakçıları arasında gərginlik yaşanıb. Əldə olan məlumata görə, aksiya zamanı 10 nəfər həbs edilib.
Tezadlar.az xatırladır ki, Rusiyalı müğənnilərdən ibarət qrup Soçidən kruiz layneri ilə Batumiyə istirahətə gəliblər. Sadə vətəndaşlar və müxalifət partiyalarının nümayəndələri isə etiraz əlaməti olaraq limana toplaşıb, gəminin Gürcüstan ərazisini tərk etməsini tələb edirlər.