FTX əməkdaşları Samara vilayətinin səhiyyə naziri Armen Benyanı və onun müavini Aslanbek Mayramukayevi saxlayıblar.

Tezadlar.az xəbər verir ki, bu barədə “Baza” məlumat yayıb.

Nəşrin məlumatına görə, əməliyyatçılar ofislərdə axtarışlar aparırlar. Həbsin səbəbi hələlik məlum deyil.

Mayramukayev Əczaçılıq, Tibbi Avadanlıq və Logistika Departamentinə rəhbərlik edir.

Benyan 2020-ci ildə nazir postuna təyin edilib.

İyunun 6-da FTX-nin Xerson vilayətinin keçmiş səhiyyə naziri vəzifəsini icra edəni saxladığı barədə məlumat yayılıb. O, Xerson Şəhər Klinik Xəstəxanasının işçilərinə maaş vermək üçün nəzərdə tutulan 26,5 milyon rublu mənimsəməkdə ittiham olunur. İstintaqla müəyyən edilib ki, cinayəti o, 2022-ci il sentyabrın 1-dən 2023-cü il aprelin 14-dək olan müddətdə qulluq mövqeyindən istifadə etməklə törədib. Sabiq məmur həbs edilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN