Şovi kurort bölgəsində baş verən torpaq sürüşməsi nəticəsində Stalinin evi də təhlükəli zolağa düşüb.

Tezadlar.az Gürcüstan KİV-lərinə istimadla bildirir ki, bu barədə ölkə mətbuatı məlumat yayıb. Bildirilib ki, ərazi mineral bulaqlarla zəngindir və dəniz səviyyəsindən 1520 metr yüksəklikdə Alp zonasında yerləşir. Deyilənə görə, keçmiş SSRİ-nin rəhbəri İ.V. Stalin bu evdə qalıb. Əslində, bu, istirahət evi olub. Ev, müharibədə əsir düşmüş almanlar tərəfindən mismarsız tikilmiş binadır. Binanı Kolçin soyadlı memar inşa edib. Xatırladaq ki, avqustun 3-də Şovidə torpaq sürüşməsi olub. Nəticədə 17 nəfər ölüb, 26 nəfər yaralanıb, daha 20 nəfər isə itkin düşmüş sayılır.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN