Yaponiyanın cənub-qərbində yerləşən Miyazaki prefekturasında "Kanun" qasırğasının təsiri ilə əlaqədar ən azı 157 min insana evlərini tərk etmək və təxliyə mərkəzlərinə köçmək tövsiyə olunub. Bu barədə NHK telekanalı məlumat yayıb.

Yaponiyanın cənubunda bir həftədən artıqdır davam edən tropik tufan Okinava və Kyuşu adalarında güclü yağışlara səbəb olub. Hava proqnozlarına görə, bəzi rayonlarda yağıntının intensivliyi sutkada 300-400 mm-dir. Bu, sürüşmə, daşqın, çayların sahillərini aşması təhlükəsinə səbəb olur.

"Kanun" indi yavaş-yavaş Kyushu sahilləri boyunca şimala doğru irəliləyir. Təsir zonasında küləyin sürəti 25-30 m/s-ə çata bilər.

Bu arada, bu il sayca yeddinci olan Lan tayfunu Sakit okeanda formalaşıb və həftənin sonuna kimi Yaponiyanın paytaxt regionuna yaxınlaşa bilər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN