Xüsusi əməliyyat aparılan ərazidə vəziyyət stabildir.
Bunu vəziyyəti dəyərləndirən Çeçenistan rəhbəri Ramzan Kadırov Telegram kanalında bildirib.
“Uşaqlarımız texnika və canlı qüvvənin miqdarından asılı olmayaraq düşmənin istənilən hücumunu dəf etməyə hazırdır. Dövlət başçısı çeçen döyüşçülərinin yüksək döyüş qabiliyyətini və effektivliyini dəfələrlə qeyd edib”, - Kadırov bildirib.
Respublika başçısı hərbçilərə nümunəvi xidmətlərinə görə təşəkkür edib, onları bölmələrin şəxsi heyətinin qayğısına qalmağa, yaranmış problemlər barədə operativ məlumat verməyə çağırıb.
Bundan əlavə, Çeçenistan rəhbəri bildirib ki, Rusiya ordusu xüsusi hərbi əməliyyat (XHƏ) çərçivəsində döyüş taktikasını dəyişib. Onun sözlərinə görə, XHƏ-nin lap əvvəlində ağır hərbi texnikaya ehtiyac var idisə, indi vəziyyət əksinə inkişaf edir.
E.ŞİRİNOV