Mahaçqala yaxınlığındakı yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.
Tezadlar.az xəbər verirki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Xatırladaq ki, partlayış avqustun 14-ü axşam saatlarında baş verib. Nəticədə, 110 nəfər yaralanıb, 30 nəfər ölüb, onlardan ən azı üçü uşaq olub.
Faktla bağlı cinayət işi başlanıb.
E.ŞİRİNOV