Döyüş əməliyyatlarının ilkin nəticələri göstərir ki, Ukraynanın hərbi resursu praktiki olaraq tükənib.

Tezadlar.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu Beynəlxalq Təhlükəsizlik üzrə 11-ci Moskva Konfransında deyib.

Şoyqu vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin qoşunları Rusiya Federasiyasının Ukraynada keçirdiyi xüsusi əməliyyat zamanı Qərbin hərbi standartlarının üstünlüyü haqqında mifləri ifşa edib.

O əlavə edib ki, Qərb dövlətləri Ukraynada döyüşlərin aparılması üçün müxtəlif variantları işləyib hazırlayır və hərtərəfli dəstəyə baxmayaraq, Ukrayna Silahlı Qüvvələri öz əks-hücumları da daxil olmaqla, nəticə əldə edə bilmir.

“Hərbi əməliyyatların ilkin nəticələri göstərir ki, Ukraynanın hərbi resursu, demək olar ki, tükənib”, - Rusiya Müdafiə Nazirliyinin rəhbəri bildirib.

Sergey Şoyqu ayrıca, Rusiya Federasiyasının xüsusi əməliyyat zonasında istifadə edilən sovet istehsalı olan silahların Qərbin Kiyev rejiminə ötürülən silahlarını çox vaxt üstələməsinə diqqət çəkib.

O, həmçinin qeyd edib ki, buna baxmayaraq, Ukrayna və onun müttəfiqləri silahların təhvil verilməsini öz suverenliyi ilə ödəməli olacaqlar.

“Əslində Amerika hərbi-sənaye kompleksinin məhsulları bazarı təmizlənir”, - Şoyqu yekunlaşdırıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN