Ukrayna prezidenti Vladimir Zelenski ölkədəki bütün regional hərbi komissarların vəzifədən azad edilməsi haqqında fərman imzalayıb.
Tezadlar.az xəbər verir ki, sənəd Ukrayna dövlət başçısının saytında yerləşdirilib.
Beləliklə, Zelenski Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının hərbi komissarlıqların yoxlanılması ilə bağlı qərarını qüvvəyə mindirib.
Sənəd imzalandığı gündən - avqustun 17-dən qüvvəyə minir.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarı regional hərbi komissarların vəzifələrində qalmaq, onların rotasiya praktikasına son qoymaq qərarını nəzərdə tutur. Eyni zamanda, regional hərbi komissarların vəzifələrinə "döyüş əməliyyatlarında birbaşa iştirak edən" zabitləri təyin edir. Bundan əlavə, vəzifə üçün müraciət edənlər yalnız UTX tərəfindən təşkil edilən yoxlamadan keçdikdən sonra onu ala biləcəklər.
"Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının 11 avqust 2023-cü il tarixli "Ukrayna Silahlı Qüvvələrinin ərazi çağırış və sosial dəstək mərkəzlərinin (hərbi komissarlıqların) yoxlanışının nəticələrinə dair qərarı qüvvəyə minsin”. Qeyd edək ki, “bu fərman dərc edildiyi gündən qüvvəyə minir", - deyə sənəddə qeyd olunub.
Daha əvvəl bildirilib ki, bütün regional hərbi komissarları işdən çıxarmaq qərarına gələn Zelenski deyib ki, guya bu postu “müharibənin nə olduğunu dəqiq bilən” adamlar tutmalıdır.
E.ŞİRİNOV